Tarix : 2008 Dec 05
Kod 9046

Modern vəhşilik dünyaya hakim kəsilib

İnsan haqları iddiasından olan ölkələrin sükutundan daha pisi islam ölkələrinin bu faciələrə göz yummalarıdır
İRİ SERVİSİ/ARAN AGENTLİYİ

İİR-in İslamı Şura Məclisinin sədri Sionist Rejimin Qəzzə zolağındakı cinayətlərini modern vəhşilik quruluşunun nişanəsi adlandırıb. Əli Laricani bu gün Tehranda bir milyon beş yüz min fələstinlinin Qəzzə zolağında mühasirədə olmasına işarə edərək deyib: İnsan haqları iddiasından olan ölkələrin sükutundan daha pisi islam ölkələrinin bu faciələrə göz yummalarıdır.
Laricani habelə Pakistan, Hindistan və Əfqanıstanda baş vermiş son olaylara işarə edərək deyib: Məntəqə hazırda çox həssas bir şəraitdədir.
İran parlamentinin sədri sözlərinin davamında 1987-ci ildə Məkkədə bir qrup iranlı zəvvarın həlak olmasını xatırladaraq deyib: O zaman bəzi məntəqə ölkələri böyük səhvlərə yol verdilər, Səddamı dəstəklədilər, ifratçı qruplar yaratdılar və öz ölkələrini ABŞ-ın hərbi bazalarının ixtiyarına verdilər.

  • Yazılıb
  • da (də) 2008 Dec 05