Tarix : 2008 Dec 05
Kod 9054

Tehranın cümə namazı xütbələri

Zorakılıq və hədə-qorxu siyasəti artıq köhnələnmiş bir siyasətdir və bütün dünyada rüsvay olub
İRİ SERVİSİ/ARAN AGENTLİYİ

Tehranın cümə namazı xitabətçisi Sionist rejimi ABŞ rəhbərliyinin üstünü almış təhlükəli bir kölgə adlandırıb. Tehranın bu həftəki cümə namazı  xitabətçisi Ayət. Məhəmməd İmami Kaşani ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamanin nazirlər kabinetinin tərkibinə işarə ilə xəbərdarlıq edib ki, Sionist rejim nəhs fenomen kimi ABŞ-ın bütün dövlətlərinin üzərinə kölgə salıb.
Tehranın cümə namazı xitabətçisi Amerikada keçirilən son prezident seçkilərinin nəticəsini bu ölkə xalqının respublikaçıların siyasətlərinə olan nifrətinin nişanəsi adlandırıb və deyib: ABŞ-ın yeni siyasətlərini izləmək üçün səbir etmək lazımdır.
Ayət. İmami Kaşani habelə Amerika ziyalılarının Yaxın Şərqdə bərabərlik və sabitliyin bərqərar edilməsi istiqamətində Barak Obamaya olan müraciətinə işarə edərək, bunu Amerikada yeni dəyişikliyin nişanəsi adlandırıb və deyib: Zorakılıq və hədə-qorxu siyasəti artıq köhnələnmiş bir siyasətdir və bütün dünyada rüsvay olub.
Tehranın cümə namazı xitabətçisi artırıb: Amerikalı ziyalıların təkid etdikləri kimi İran məntəqədə əsas oyunçudur və ABŞ bu gerçəkliyi qəbul etməlidir.

  • Yazılıb
  • da (də) 2008 Dec 05