terrorçu lider “məni niyə Türkiyə xüsusi xidmət orqanlarına təslim etdiniz?” deyərək bu ölkəyə qarşı 25 min 500 dollarlıq təzminat tələbi ilə məhkəmə iddiası qaldırıb
Türkiyə servisi/Aran Agentliyi
PKK terror təşkilatının sabiq lideri Abdullah Öcalan Yunanıstana qarşı məhkəmə iddiası qaldırıb. ANS PRESS-in Fransanın "Frans-Press” agentliyinə istinadən yaydığı məlumata görə, terrorçu lider “məni niyə Türkiyə xüsusi xidmət orqanlarına təslim etdiniz?” deyərək bu ölkəyə qarşı 25 min 500 dollarlıq təzminat tələbi ilə məhkəmə iddiası qaldırıb. Belə bir iddianın qaldırılması isə rəsmi Afinanın təəccübünə səbəb olub.
Xatırladaq ki, 1999-cu ilin yanvarında Afinada gizlənən Abdullah Öcalan Yunanıstan xüsusi xidmət orqanlarının yardımı ilə Kenyaya qaçmış, daha sonra ABŞ və Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşlığı ilə yaxalanaraq Türkiyəyə gətirilmişdi. Öcalanın üzərindən Yunanıstana aid şəxsiyyət vəsiqəsi də çıxmışdı.