Zərərçəkənlər narazılıq edir, vəkil Bankı günahlandırır, Bank rəhbərliyi isə izahat verir
Azərbaycan servisi/Aran Agentliyi
Dünən «Trend» agentliyində Azərbayjan Vəkillər Kollegiyasının 5 saylı hüquq məsləhətxanasının vəkil Sima Yaqubova mətbuat konfransı keçirdi.
Mətbuat konfransında 14 nəfər zərərçəkmiş də iştirak etdi. Sima Yaqubovanın verdiyi məlumata görə, Rəhilə Həsənzadə vətəndaşları «Azərdəmiryolbank»dan kredit götürmək adı ilə aldadıb, 200 min manat dəyərində pullarını mənimsəyib. Sima Yaqubova deyib ki, Rəhilə Həsənzadə müəllimə olub, qohumlar, qonşular arasında böyük etibar qazanıb, sonradan bu etimaddan istifadə edərək onları aldadıb.
Yaqubovanın sözlərinə görə, Rəhilə Həsənzadə tijarətlə məşğul olaraq Türkiyədən mal gətirib satırmış: «O, kredti götürmək üçün qohumlarına, qonşularına mürajiət edib və deyib ki, «Azərdəmiryolbank»ın Sabunçu filialının müdiri Rəsul Mahmudov onun tələbəsi və qohumudur. Buna görə həmirn bankdan kredit götürməkdə problem yoxdur. Rəhilə Həsənzadə bu şəxslərin sadəcə cavabdeh olmasının kifayət etdiyinə, bunun heç bir problem yaratmayacağına onları inandırıb və krediti özü ödəyəcəyini bildirib.Sonradan Rəhilə Həsənovzadə krediti ödəmədiyindən ona inanmış qohumları və qonşuları bank qarşısında borclu durumuna düşüblər».
Vəkil Sima Yaqubova: «Rəhilə Həsənzadə kimi adi vətəndaşın belə bir işi bacarması necə mümkün olub?»
Sima Yaqubova deyir ki, zərərçəkmişlərdən biri Tanrıverdi Qurbanov ərizəsində qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün kredit istəyir: «Amma bank bu informasiyanı yoxlamalı idi. Bu insan, doğrudan da, taksi fəaliyyəti ilə məşğul olub. Amma bunun üçün lisenziyasının, evinin, başqa qiymətli daşınmaz əmlakının olub-olmaması, krediti qaytara bilib-bilməməsi araşdırılmayıb. Heç olimasa, ona sağlam maddi durumu olan 2 nəfər zamin durmalı idi. Bu tələblər Milli Məjlisin 2001-ji ildə qəbul etdiyi normativ aktda öz əksini tapıb və bütün banklar üçün məjburidir. Bu halda Rəhilə Həsənova kimi adi bir vətəndaşın belə bir işi bacarması necə mümkün olub? Onun əvəzinə öz kredit borcu üçün cavabdehliyi öz üzərinə götürmüş insanlardan bəziləri heç onu tanımır».
«Nə prokurorluq, nə də Bakı Baş Polis İdarəsi cinayət işi qaldırmır»
Sima Yaqubova deyib ki, aldadılmış vətəndaşlar Sabunçu rayon Polis İdarəsinin 13-jü polis bölməsinə,eləcə də, Bakı şəhər Baş Polis İdarəsinə müraciət ediblər: «Ancaq təhqiqatçı Mirata Seyidov şikayətçiləri çağırmayıb, məsələni araşdırmayıb. Noyabrın 6-da bir qisim şikayətçilərlə Baş Polis İdarəsinə getdik. Mirata müəllim bizə bildirdi ki, jinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edir. Bu isə qanunsuzluqdur».Vəkil dedi ki, Bankda minimal şərtlərə əməl olunmadan 5-10 min manat arasında kreditlər üçün miüxtəlif müqavilələr bağlanıb. Bankın Sabunçu filialının işçilərinin bu sənədlərdə imzaları var: «Təhqiqatçıbu məsələləri araşdırmadan dələduzluq olmadığını necə deyə bilər, cinayət işinin qaldırılmasını necə rədd edə bilər? Axı bu insanlar aldadılıb, maddi zərər çəkiblər. Mirata Seyidov deyir ki, Bakı ŞBPİ özü dələduzluq maddəsi ilə cinayət işini başlaya bilməz; bunun üçün Baş Prokurorluqdan və ya Bakı Şəhər Prokurorluğundan tövsiyə olmalıdır. Prokurorluqdan isə bildirirlər ki, Rəhilə Həsənzadə respublikadan gedib, ona qarşı cinayət işinin qaldırılması hüquqlarının pozulması demək olar. .Çox maraqlıdır, prokurorluq nə vaxtdan missiyasını dəyişib,insanların hüquq müdafiəçisi rolunda çıxış etməyə başlayıb?! Aldadılan insanların heç biri işləmir, maddi vəziyyətləri pisdir, əmlakları yoxdur.Bank bildiriş göndərməklə onlardan pul tələb edir.Araşdırılmır ki, bu kreditlərin verilməsində kimlərin əli var.İlin əvvəllərindən bu vaxta qədər bütün banklar maliyyə böhranı keçirir, kredit verilməsi dayandırılır.Nejə olur ki, bu qədər insnın adına araşdırma aparılmadan kredit verilib?! Burda jinayət faktı var. Bu bankın səhmlərinin bir hissəsi dövlətindir. Dövlətin əmlakı ilə niyə belə məsuliyyətsiz davranırlar?! 2007-ji ilin ortalarnda bir dəfə kredit müqaviləsi bağlanılıb, bu müddət bitməmiş həmin şəxsin adına yenə yüksək məbləğdə kreditlər verilib. 60 nəfər zərərçəkən var. Bunların bir hissəsinin şikayətinə baxılıb, qalanlarına yox. Bunun səbəbi də məlum deyil».
«Azərdəmiryolbank» SC sədrinin birinci müavini Mərdan Şıxəliyev: «Xırda kreditlərlə bağlı girov tələb etməyə ehtiyac görmürük»
«Azərdəmiryolbank» Səhmdar Cəmiyyəti sədrini birinci müavini Mərdan Şıxəliyev mətbuat konfransına qatılaraq bildirib ki, bunlar mikrokreditlər olduğundan dərindən araşdırma aparmağa ehtiyac görməyiblər: «40 mindən müştərimiz var. 3-5 min manatdan ötrü biz girov tələb etmirik, evlərə girib əşyaları siyahıya almağı lazım bilmirik. Bunların hamısını araşdırmağa imkan və gərək yoxdur. Əgər belə fakt varsa, nə üçün Rəhilə Həsənzadə qaçandan sonra bu adamlar məsələ qaldırırlar? Bəlkə elə onunla əlbir olublar». Mərdan Şıxəliyev bildirib ki, Bankın səhmlərinin 35 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına və Hollandiya Maliyyə Korporasiyasına məxsusdur. 2005-ci ildə Almaniya-Azərbaycan Cəmiyyəti ilə əməkdaşlıq sazişi imzalanıb. Bu təşkilatdan və AYİB-dən ümumilikdə 25 milyon manat ayrılıb ki, xırda kreditlər verilsin: «Kreditlərin verilməsində öz mütəxəssislərimizlə yanaşı Almaniya-Azərbaycan Cəmiyyətinin də nümayəndələri iştirak edir. Ay ərzində qaytarılan kreditlər alınanlandan çoxdur. Belə bir problemimiz olmayıb. Evlərdəki əşyaların heç bir dövlət qeydiyyatı yoxdur, ona görə də onu girov kimi qəbul etmirik. Belə xırda kreditlərə görə girov tələb edilsə, həmin xırda kreditlərin verilməsi dayanar. Amma krediti alıb başqa məqsədə xərcləyirsə, ona nəzarət edirik».