Tarix : 2008 Dec 06
Kod 9070

ATƏT-in SAMMİTİ BƏYANATSIZ SONA ÇATIB

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 16-cı iclası Helsinkidə başa çatıb
Azərbaycan servisi/Aran Agentliyi

Lakin nəzərdə tutulan ATƏT-in yekun bəyanatı qəbul olunmayıb. Bu təşkilatda sənədlər, konsensus əsasında qəbul edildiyindən, hansısa ölkə narazı olduğu halda, belə bir vəziyyət yaranır.ATƏT-in fəaliyyətdə olan sədri Aleksandr Ştub yekun sənədin qəbul edilə bilməməsindən təəssüfləndiyini bildirib. İclasın işini müşahidə edən jurnalistlər deyirlər ki, ATƏT-in bu iclasında Rusiya ilə Qərb arasında regional məsələlərdə ziddiyyətlər özünü bariz şəkildə göstərib.

Bir sıra müşahidəçilər bildirilər ki, bu məsələdə Rusiya ilə rəsmi Bakının mövqeləri üst-üstə düşüb. Dekabrın 4-də Helsinki yığıncağının plenar iclasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskva bəyənnaməsinin əhəmiyyətini xüsusi vurğulamısının səbəbini də bu məqamda görürlər.  Çünki ATƏT nazirləri sammitinin yekun bəyənatı barədə konsensusun olmayacağı, böyük bir ehtimalla bu tədbirin lap əvvəlindən bəlli imiş.

Elmar Məmmədyarov həmin çıxışında deyib ki, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi sabitlik üçün təhlükə olaraq qalır və kövrək atəşkəs davamlı və hərtərəfli sülhü əvəz edə bilməz. Nazir bildirib ki, rəsmi Bakı noyabrın 2-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşündən sonra imzalanmış birgə bəyənnaməyə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə çözümü üçün yaxşı bir əsas kimi baxır.

O deyib ki, Moskva görüşündə prezidentlər münaqişənin siyasi yollarla və mövcud beynəlxalq normalar və qanunlarla həlli istiqamətində çalışacaqlarını təsdiqləyiblər. Bu norma və qanunlar isə BMT-nin, ATƏT-in mövcud normativlərinə və xartiyalarına, Helsinkini yekun aktına söykənir və bütün bu sənədlər Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına təminat verir, - deyib nazir.

ATƏT-in bir təşkilat kimi Avroatlantika məkanında sabitlik və əməkdaşlıq kimi sahələrdə əhəmiyyətini qeyd edən Elmar Məmmədyarov iradlarını da bildirib. “Bununla belə, - deyib Elmar Məmmədyarov, - ATƏT-in fəaliyyətinin insan haqları sahəsi ilə, həm də müstəsna olaraq Avroatlantik məkanın şərqi ilə məhdudlaşdırılması bizi dərindən narahat edir. Azərbaycan israrlı şəkildə ATƏT-in fəaliyyətinin hər üç istiqamətdə balanslaşdırılmasının tərəfdarıdır”.

Nazir deyib ki, biz ATƏT-in icra strukturlarının diqqətinin üzv ölkələr tərəfindən müəyyənləşdirilmiş prioritetlər üzərinə yönəlməsinin vacibliyini vurğulayırıq. Elmar Məmmədyarov bu sahədə ATƏT orqanlarını öz mandatlarını aşmamağa və həmçinin başqa beynəlxalq qurumların fəaliyyətini dublikasiya etməməyə çağırıb. Rusiya tərəfi Helsinki sammitində ATƏT-i ciddi tənqid edib. Xarici İşlər Naziri Sergey Lavrov ATƏT-i "nasizmin şərəfləndirilməsi"nə qarşı etirazlara dəstək verməməkdə, həmçinin Gürcüstanın Cənubi Osetiya üzərinə hücumunun qarşısını almamaqda ittiham edib.  O həmçinin bildirib kİ, Gürcüstan Cənubi Osetiyaya gedən qazı kəsib, bu isə, onunh təbirincə deyilərsə, qeyri-insani hərəkətdir.

  • Yazılıb
  • da (də) 2008 Dec 06