Tarix : 2008 Dec 06
Kod 9071

Bakıda quldur dəstəsi şirkətə basqın edib

Hadisə ilə bağlı dərhal Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Eldar Həsənovun rəhbərliyilə əməliyyat-istintaq qrupu yaradılıb
Azərbaycan servisi/Aran Agentliyi
Dekabrın 6-da saat 04.30 radələrində paytaxtın Topçubaşov küçəsindəki QEF MMC-yə basqın edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 3 nəfərdən ibarət qrup pəncərənin dəmir barmaqlıqlarını aralayaraq içəri girib və mühafizəçi Asim Qafarovun əl-qolunu bağlayıblar. Quldurlar 500 manatlıq dəmir mücrü (seyf), 1 ədəd suvenir və 1 ədəd mobil telefon aparıblar.

Hadisə ilə bağlı dərhal Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Eldar Həsənovun rəhbərliyilə əməliyyat-istintaq qrupu yaradılıb. Hələlik saxlanılan yoxdur.
  • Yazılıb
  • da (də) 2008 Dec 06