Xudafərin su bəndi İranla Azərbaycan Respublikası arasında imzalanmış razılaşmaya uyğun olaraq, inşa edildi və tərəflərin hər biri layihələrin xərclərinin 50%-i təmin etmişlər
Azərbaycan servisi/Aran Agentliyi
İranla Azərbaycan R-nin 2-ci müştərək su bəndi Xudafərin bölgəsində istifadəyə verildi. İranın Mərkəzi İnformasiya Agentliyinin verdiyi məlumata görə, İran prezidentinin 1-ci müavini Pərviz Davudi bu su bəndinin istifadəyə verilməsi mərasimində deyib: Xudafərin su bəndi İranla Azərbaycan Respublikası arasında imzalanmış razılaşmaya uyğun olaraq, inşa edildi və tərəflərin hər biri layihələrin xərclərinin 50%-i təmin etmişlər. Əldə olunan gəlir iki ölkə arasında bərabər şəkildə bölünəcək.
Davudinin sözlərinə görə, bu razılaşmaya uyğun olaraq, bu su bəndinin kənarında 100 meqavat gücünə malik elektrik stansiyasının inşa edilməsi qərara alındı və tez bir zamanda onun inşa əməliyyatına başlanılacaq.
Davudi Xudafərin su bəndinin inşasını İranla Azərbaycan Respublikası arasında uzun müddətli dostluq və regionun inkişafına təkan verən məsələ adlandırıb.
İİR prezidentinin 1-ci müavini Pərviz Davudi habelə İranla Azərbaycan Respublikasının digər 2 su bəndinin inşası üzrə razılaşmasından xəbər verib.
Hal-hazırda Naxçıvan Muxtar Respublikası sərhədində Ordubad-Marazad və Ermənistan sərhədində Meqri-Üştəbin su bəndlərinin inşası həyata keçirilməkdədir.