Tarix : 2008 Dec 07
Kod 9076

Azərbaycan R-nin Tehrandakı səfir öz fikirlərini sübuta çatdırmağa çalışıb

Azərbaycan R-nin Tehrandakı səfiri bəyan edib ki, Elçibəy hökuməti Tehran-Bakı münasibətlərini sərinləşdirməkdə rol oynamışdı
Azərbaycan servisi/Aran Agentliyi

Azərbaycan R-nin Tehrandakı səfiri bəyan edib ki, Elçibəy hökuməti Tehran-Bakı münasibətlərini sərinləşdirməkdə rol oynamışdı. Media-Forum İnformasiya Agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Tehrandakı səfir Abasəli Həsənov "Bizim Yol" qəzetinə verdiyi müsahibədə, ölkənin Tehrandakı sabiq səfiri Nəsib Nəsiblinin etirazına verdiyi reaksiyada deyib: Baxmayaraq ki. həqiqət həmişə acı olub. Ancaq bu reallığı qəbul etmək lazımdır ki, o vaxtkı dövrdə pis rəftar və hərəkətlərin nəticəsi hələdə iki ölkə münasibətlərinin üstündən silinməyibdir.
Ona görə də, Tehran-Bakı münasibətləri gözlənildiyi qədər inkişaf etmir. Əbülfəz Elçibəyin iranlı azərilərə görə narahat olması səhv idimi? -sualını cavablandıran səfir deyib: Məncə İranın azəri dilli vətəndaşları bu dövlətin vətəndaşlarıdır və hökumət ilə olan problemlərini həll etmək onların öz işidir.
Həsənov sonra deyib: Mən Elçibəyi ziyalı və mütəfəkkir bir şəxs tanıyıram. Ancaq ziyalılar və mütəfəkkirlərin hamısı vətənpərvər deyillər. Vətənpərvərlik başqa ölkələrin daxili işlərinə müdaxilə etmək anlamında deyil.
Mən öz fikrimin üzərində dayanır və etiraf edirəm ki, iki ölkə münasibətləri Elçibəy hakimiyyəti dövründə sərinləşməyə üz qoymuşdu. Zira o dönəmdə Azərbaycan Respublikasına hərc-mərclik və özbaşınalıq kölgə salmışdı.
Əgər Nəsib Nəsiblinin mədəni səviyyəsi bu dərəcədə aşağıdırsa və məni ağılsız bir şəxs hesab edibsə, onda mən onunu fikrini cavablandırmağa ehtiyac duymuram.

  • Yazılıb
  • da (də) 2008 Dec 07