agentlik Vyanada özünün qabaqkı iclasında Azərbaycan Respublikasında 1-ci nüvə reaktorunun inşası haqqında qərar çıxararaq, onun 30 meqavat gücündə inşa edilməsinə icazə verilib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan R-a bu ölkədə nüvə reaktorunu inşa etmək üçün MAQATE tərəfindən rəsmi surətdə icazə verilib. İRNA Azərbaycan Respublikasının day.az qeyri-hökumət informasiya agentliyinə istinadla yazır: Azərbaycan Respublikası Elmlər Akademiyasının Nüvə Araşdırmalar Mərkəzinin sədri Adil Qəribov deyib ki, ölkəsi gələn 3 ildə 1-ci nüvə reaktoru ilə əlaqədar texniki və iqtisadi sənədlərin üzərində işləyib və onu MAQATE-yə təqdim edəcək.
Onun sözlərinə görə, agentlik Vyanada özünün qabaqkı iclasında Azərbaycan Respublikasında 1-ci nüvə reaktorunun inşası haqqında qərar çıxararaq, onun 30 meqavat gücündə inşa edilməsinə icazə verilib.
Azərbaycan Respublikasının KİV-nin bildirdiklərinə görə, bu stansiyanın inşası 36 milyon dollara başa gələcək.
Azərbaycan Respublikası Elmlər Akademiyasının Nüvə Araşdırmalar Mərkəzinin bildirdiyinə görə, nüvə stansiyasının inşası sahəsində irəli sürülən təkliflər hazırlanıb və hökumətə təqdim olunub.
Son bir neçə ildə sülhməramlı nüvə enerjisinə tələbat başqa enerji növlərinin bahalaşmasına, habelə onların etibarsız gələcəyinə görə artıb.