Naxçıvan rəsmiləri Ordubadda mövcud 42 çayxanadan 41-i bağlayıblar ki, əhalinin bir yerə toplaşmasına imkan verməsinlər
Azərbaycan servisi/Aran Agentliyi
Naxçıvanın KİV-nin bildirdiklərinə görə, MR-nın dövlət orqanları bu məntəqədə repressiv vəziyyət yaradaraq, hər hansı islami fəaliyyətə, dini və siyasi məsələlər və İran adının hallandırılmasına qadağa qoyublar. Naxçıvanda Ordubad əhalisinin sakinlərindən biri İranın Beynəlxalq Səhər telekanalı ilə saxladığı telefon əlaqəsində deyib: Naxçıvan rəsmiləri Ordubadda mövcud 42 çayxanadan 41-i bağlayıblar ki, əhalinin bir yerə toplaşmasına imkan verməsinlər. Həmçinin siyasi və dini məsələlər haqqında söhbətlər olmasın.
Bu kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, Ordubad şəhərində Azərbaycan təhlükəsizlik qüvvələrinin nəzarətində olan yalnız bir çayxana fəaliyyət göstərir. Onun sahibi də hökumətin təhlükəsizlik qüvvələrinin casusu tanınıb.
Bu informasiya qaynağı başqa bir yerdə bildirib: Naxçıvan ümumilikdə böyük bir zindan kimi idarə olunur və bu məntəqəyə hansısa dini ədəbiyyatın gətirilməsi əngəllənir.
Məlumatda qeyd olunur ki, Naxçıvanda əksər məscidlərin imam camaatı yoxdur və islami məsələlər düzgün tərzdə bəyan edilmir. Ancaq əhali təklikdə namaz qılmaq üçün məscidlərə gedə bilərlər. Buda diktatura rejiminin hökm sürdüyünə xatir pis bir vəziyyətdədir.
Həmin informasiya vasitəsinin bildirdiyinə görə, iqtisadi nöqtə-nəzərdən Naxçıvanda əhali pis bir durumda yaşayır. Misal üçün Bakıda 24 manata satılan bir un kisəsi Naxçıvanda 60 manata satılır.
Son illər Naxçıvanda nüfuzlu şəxslərin inhisarçılığı nəticəsində bir çox mağazalar bağlanıb.