Tarix : 2008 Dec 08
Kod 9089

İraqda xidmət edən son 150 azərbaycanlı sülhməramlı Vətənə qayıdıb

İraqda qulluq edən azərbaycanlı sülməramlıları bölüyünün komandiri mayor Murad Eyyubov isə Azərbaycan hərbi kontingentinin İraqda nümunəvi xidmət göstərdiyini bildirib
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Heydər Əliyev hava limanında İraqdan qayıdan sülhməramlıları valideynləri ilə yanaşı İraqın və Amerika Birləşmiş Ştatların səfirləri qarşılayıb. Hər iki diplomat Azərbaycan əskərlərinə sülhməramlı missiyanı yerinə yetirdiklərinə görə minnətdarlıq edib. İraqda qulluq edən azərbaycanlı sülməramlıları bölüyünün komandiri mayor Murad Eyyubov isə Azərbaycan hərbi kontingentinin İraqda nümunəvi xidmət göstərdiyini bildirib. Qeyd edək ki, M.Əyyubovun rəhbərlik etdiyi bölük iraqın Haditha şəhərində ölkə strateji obyektlər, o cümlədən su elektrik stansiyasının mühafizəsini həyata keçirib. Xatırladaq ki, Azərbaycan əskərləri Kosovada, Əfqanıstanda və İraqda sülhməramlı missiya yerinə yetiriblər. Kosovo birtərəfli qaydada öz müstəqilliyini elan etdikdən sonra Azərbaycanın sülhməramlı kontingenti bu bölgədən geri çağırılıb. Azərbaycanın İraqda sülhməramlı missiyasının müddəti də artıq başa çatıb. Beləliklə hazırda Azərbaycan əskərləri yalnız Əfqanıstanda beynəlxalq qüvvələrin tərkibində xidmət edir.
  • Yazılıb
  • da (də) 2008 Dec 08