Məkkədə bütün zəvvarlar ağ geyim geyirlər və əkinçi və ya yüksək səviyyəli bir rəsmi yeni səviyyədədirlər
Rusiya SERVİSİ/ARAN AGENTLİYİ
Rusiyanın RussiaToday telekanalı həcc mərasimini insanların bərabərliyini xatırladan mərasim adlandırıb. RussiaToday telekanalı müxbiri bazar günü Məkkədəki həcc mərasimindən bir reportajda, həccin insana hamının bərabər və eyni olduğunu xatırlatmasını bildirərək xatırladıb: Məkkədə bütün zəvvarlar ağ geyim geyirlər və əkinçi və ya yüksək səviyyəli bir rəsmi yeni səviyyədədirlər.
Bu rus müxbir əlavə edib: Beytül-həramdakı müsəlman zəvvarlar dünyəvi məsələlərə diqqət yetirmədən yalnız dua və niyayişlə məşğuldurlar. RussiaToday telekanalının müxbiri bildirib: Bu il təqribən 3 milyon müsəlman İslam dininin əsası olan dini həcc mərasimində iştirak ediblər. Allah evinin zəvvarları bu gün bazar günü Məkkədə ehram bağladıqdan sonra, həcc əməllərini həyata keçirmək üçün Ərəfata yollanıblar . Müşriklərdən bəraət mərasimi də bu gün iranlı və xarici hacıların birgə iştirakı ilə Ərəfatda keçirilibdir.