İranın nüvə fəaliyyətləri nüvə silahlarının yayılmaması sazişi NPT-yə uyğun şəkildə aparılır və həmin sənəddə ölkələrin dincməqsədli nüvə enerjisindən istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb
İİR servisi/Aran Agentliyi
İİR XİN-in rəsmi nümayəndəsi bəyan edib ki , bu dövlətin sülhməramlı nüvə fəaliyyətləri beynəlxalq qanunlara uyğundur və heç bir yayınmaya yol verilməyib. Həsən Qəşqavi həftəlik brifinqində yerli və xarici jurnalistlərin suallarını cavablandırarkən deyib: İranın nüvə fəaliyyətləri nüvə silahlarının yayılmaması sazişi NPT-yə uyğun şəkildə aparılır və həmin sənəddə ölkələrin dincməqsədli nüvə enerjisindən istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb. Qəşqavi qeyd edib ki , nüvə silahlarının yayılmaması sazişində hətta nüvə texnologiyasına sahib ölkələrdən istənilir ki, bu texnologiyanı əldə etməyə çalışan ölkələrə köməklik göstərsinlər . İran XİN-in mətbuat katibi sonra bu dövlətin nüvə fəaliyyətlərinə beynəlxalq nüvə energetikası agentliyi tərəfindən total nəzarətin təmin olunduğunu söyləyib. Onun sözlərinə görə Atom Elektrik Stansiyalarının inşası hazırda bir zərurətə çevrilib və dünya ölkələri özlərinin milli mənafeyi çərçivəsinə müvafiq planları həyata keçirirlər. Beynəlxalq ictimaiyyətlə sıx əlaqədə olmağı İran İslam Respublikasının əsas strategiyası adlandıran dövlət rəsmisi həmçinin milli inancları və suveren hüquqları da İran dövlətinin əsas məfkurələrindən bilib. Qəşqavi söhbətinin davamında Amerikada seçilmiş yeni prezident Barak Obamanın İrandakı nüvə fəaliyyətlərinə dair mövqeyinə də münasibət bildirib. Diplomat deyib ki , Qərb dövlətləri İranın nüvə fəaliyyətlərini tanıyarlarsa rəsmi Tehran da sülhməramlı nüvə fəaliyyətləri barədə istənilən ölkənin nigarançılığını aradan qaldırmağa hazırdır. İran XİN-nin rəsmi nümayəndəsi sonra Avropa Birliyinin münafiqlər qruplaşmasını terrorçular siyahısından çıxarmaq cəhdlərini tənqid edib. O deyib : Lüksemburq məhkəməsinin rəyi siyasi qərardan başqa bir şey deyil və hüquq normalarına ziddir . Çünki bu qaragüruhun mahiyyətində heç bir dəyişiklik baş verməyib. Ona görə də bəzi dövlətlər o cümlədən Kanada hələ də terrorçu qruplaşmanın adını qara siyahıda saxlayırlar . İranın Diplomatiya Aparatının nümayəndəsi əlavə edib ki , münafiqlərin ideoloji cəhətdən istinad nöqtəsi olmuş Səddam Hüseynin mühakiməsinin dəstəkləndiyi kimi , cinayət törətmiş Səddamın agentləri,yəni münafiqlərin mühakiməsi də dəstəklənməlidir.