Tarix : 2008 Dec 08
Kod 9100

Az. R. iranlı məhbusların məhkəmə işini təhvil verir

Az. R-nın həbsxanalarında vəziyyət olduqca ağırdır və xarici məhbuslar öz ölkələrinə qaytarılmağa üstünlük verirlər
Azərbaycan servisi/Aran Agentliyi

Az. R. ƏN-dən bildiriblər ki, bu R-da həbsdə saxlanılan 130 İran vətəndaşı ilin sonunadək İİR-in hüquq-mühafizə orqanlarına təhvil veriləcək. İSKA News Xəbər Agentliyinin məlumatına əsasən Az. R-nın Ədliyyə Nazirliyində beynəlxalq həmkarlıqlar idarəsindən bildiriblər ki, rəsmi Bakı, İİR , Rusiya, Gürcüstan , Ukrayna , Qazaxıstan , Özbəkistan və Qırğızıstanla cinayətkarların ekstradisiyasına aid ayrıca müqavilələr imzalayıb .Qeyd edək ki , Az. R-nın həbsxanalarında vəziyyət olduqca ağırdır və xarici məhbuslar öz ölkələrinə qaytarılmağa üstünlük verirlər. Bu yaxınlarda Az. R. zindanlarında saxlanılan iranlı məhbuslardan bir qrupu həbsxananın şəraiti barədə açıq məktub imzalayıb . Məktubda zindanlarda orta əsr şəraitinin yaşandığı bildirilir və İrana qaytarılmaq arzusu ifadə olunur.

  • Yazılıb
  • da (də) 2008 Dec 08