Tarix : 2008 Dec 09
Kod 9118

Qənimət və Sakit Zahidov qardaşları həbsxanaya geri qaytarıldılar

Qənimət və Sakit Zahidovlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının nəzarəti altında geri qaytarılıblar
Azərbaycan servisi/Aran Agentliyi
Dünən saat 18.30 radələrində “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və onun qardaşı Mirzə Sakit ata evlərinin yerləşdiyi Şamaxının Meysəri kəndindən həbs cəzalarını çəkdikləri Cəzaçəkmə Müəssisələrinə qaytarılıblar.

Bu barədə APA-ya “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov məlumat verib.

Qənimət və Sakit Zahidovlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının nəzarəti altında geri qaytarılıblar.

Qeyd edək ki, bu il dekabrın 2-də Zahidov qardaşlarının atası Səlim Zahidov dünyasını dəyişib. Buna görə də həbsdə olan hər iki qardaş yas mərasimində iştirak etmək üçün Şamaxıya aparılıblar. Onların atalarının “yeddi” mərasimi bitənə qədər kənddə qalmalarına icazə verilib. Bu gün “yeddi” mərasimi başa çatandan sonra isə Zahidov qardaşları cəza çəkdikləri müəssisələrə qaytarılıblar.

Qeyd edək ki, məhbusun hər hansı səbəblə həbsdən bir həftəlik buraxılması ilə bağlı fakt Azərbaycanda ilk dəfə qeydə alınıb.
 
  • Yazılıb
  • da (də) 2008 Dec 09