Dünyanın vicdanı nə qədər kordur və Sionist rejimi dəstəkləyən qüdrət sahibləri nə qədər vicdansızdırlar ki, bu təəssüfləndirici vəziyyəti görür, lakin bir iş həyata keçirmirlər
İİR servisi/Aran Agentliyi
Səadətli Qurban bayramının xitabətçisi deyib: İran öz ayaqları üstə dayanmaq və regionda azadlıq və istiqlaliyyət meyarı olmaq istəyir. Səadətli Qurban bayramının xitabətçisi Ayətullah Əliəkbər Haşimi Rəhsəncani bu gün səhər Tehran Universitetində səadətli Qurban bayramı namazının xütbələrində ABŞ prezidentinin İranın nüvə fəaliyyətləri barədəki son sözlərinə işarə edərək deyib: Amerikanın əsas problemi İran İslam İnqilabı təfəkkürüdür və nüvə məsələsi, insan haqları və digər məsələlər bəhanədir.
İİR Quruluşu Məsləhət Şurasının sədri Amerika başçılarına nəsihətlə müraciət edib.
O "İran nə Amerikanın təşviqini, nədəki tənbehini istəyir" -deyərək bildirib: İranın nüvə elmi və enerjisindən istifadə haqqını etiraf edin. Ağıllı bir yol seçin. Qoyun ayaqları üstə durmuş İran öz imkanlarından istifadə etsin.
Ayətullah Haşimi Rəfsəncani "Amerikanın yeni prezidenti İran barədə danışarkən. ABŞ-ın hazırkı prezidenti Corc Buşn ifadələrindən azacıq dəyişikliklə istifadə edir" -deyərək vurğulayıb: Bu kimi ifadələr özünü Afrika qitəsində məzlum zənci irqindən bilən Barak Obama üçün münasib deyil.
İranın Xobrəqan rəhbərliyinin sədri habelə Qəzzədə 1 milyon yarım nəfərin mühasirəyə alınmasına toxunaraq söyləyib: Dünyanın vicdanı nə qədər kordur və Sionist rejimi dəstəkləyən qüdrət sahibləri nə qədər vicdansızdırlar ki, bu təəssüfləndirici vəziyyəti görür, lakin bir iş həyata keçirmirlər.
İranın Xobrəqan Rəhbərliyinin sədri əlavə edib: Sionist rejimin Qəzzədə törətdiyi cinayətlər qüdrətlərin vicdansızlıqlarının digər bir nişanəsidir.