Tarix : 2008 Dec 10
Kod 9139

TÜRKİYƏ-ERMƏNİSTAN QARDAŞLIĞI DAVAM EDİR

Bu gün Türkiyəli musiqiçilər Ermənistanda konsert verəcək
Türkiyə servisi/Aran Agentliyi

Bu gün Türkiyəli musiqiçilər Ermənistanda konsert proqramı ilə çıxış edəcək. Konsert verəcək musiqiçilər artıq Yerevandadırlar. "Qaynar.info"-nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, konsertdə skripka ustası Cihad Aşkın, «Qardaş türkülər» qrupu bu gün axşam Yerevan filormaniyasında çıxış edəcək.

«Qardaş türkülər» qrupunun rəhbəri Ülkər Unçu Ermənistana gəldiklərindən şad olduğunu dilə gətirib: "Türkiyədə öldürülən jurnalist Hrant Dink də bunu arzu edirdi. Biz onun arzularını reallaşdırırıq. Bizə sülh lazımdırsa, biz bunu etməliyik" deyə bildirib. İrəvanda Azərbaycan mahnılarını da oxuyacaqlarını bildirən Ülkər Unçu buna tələb olduğunu açıqlayıb: "Biz İrəvanda "Sürəyya" mahnısını ifa edəcəyik. Bunu ermənilər istəyir. Deyirlər ki, sülh istəyirsinizsə Azərbaycan mahnısını da oxuyun."

Bundan əlavə konserti təşkil edən türk menecerlərdən biri səfərləri ilə bağlı Türkiyə Mədəniyyət Nazirliyinin də xəbərdar olduğunu bildirib.

  • Yazılıb
  • da (də) 2008 Dec 10