Son günlər ANS və "Yeni Müsavat"-ın MTN və Mossada xidmətləri müşahidəçilərin diqqətini çəkib
Azərbaycan servisi/Aran Agentliyi
Son günlər ANS və "Yeni Müsavat"-ın MTN və Mossada xidmətləri müşahidəçilərin diqqətini çəkib. Azərbaycan Respublikası İslam partiyasının sədr müavini Hacı Vaqif Abdullayev Mossadın İİR-nin dinc nüvə proqramına qarşı xəbərlər düzəltməsi və onun bəzi Bakı mediaları tərəfində təbliği haqqında deyib: 03.12.2008 tarixində "Yeni Müsavat" qəzeti ANS-Pressə istinadən bildirib ki, İsrail qəzetlərinin birində İİR-na qarşı təxribat xarakterli bir məqalə dərc edilib. Məqalədə Mossadın kəşfiyyat casusu guya saxta şirkətlərlə əlaqəyə girib və İİR-na qarşı nüvə başlıqlı atom bombasına keyfiyyətsiz hissələr qatızdırıb və bunun nəticəsində atom proqramı həyata keçməyib. O da iddia olunub ki, guya bu hissələrin bir qismi Azərbaycan Respublikası ərazisindən tranzit olunub.
Hacı Vaqif Abdullayev bu iddiaların yalan olduğunu vurğulayaraq deyib: Əvvəla qeyd etmək lazımdır ki, İİR uran zənginləşdirilməsi üçün atom silahı istehsal etmir və bu barədə İİR-nin Ali Dini Rəhbəri Seyyid Əli Hüseyni Xamenei cənabları və İranın prezidenti Mahmud Əhmədinejad cənabları dəfələrlə dünya ictimaiyyətinə bəyan ediblər və nüvə proqramının İİR-da yalnız alternativ enerji mənbəyi üçün istifadə olunmasını İranın digər rəsmiləri də bildirib. Atom enerjisinə nəzarət edən MAQATE də İİR-da atom silahının hazırlanmadığı haqda dəfələrlə hesabat verib.
Hacı Vaqif Abdullayev "Bəs "Yeni Müsavat" qəzeti ilə ANS kanalının Sionist rejim qəzetlərinin İranın nüvə proqramı əleyhinə xəbərlərini əks etdirməkdə məqsədləri nədir?" -sualının cavabında deyib: Hamıya məlumdur ki, atom silahını ilk dəfə ABŞ 1945-də Yaponiyaya qarşı tətbiq edib. Qəsbkar Sionist rejim də dəfələrlə Livan, Fələstin, Misir, Suriya və digər ərəb ölkələrinə hərbi təcavüz edib və hazırda yüzlərlə nüvə başlıqlı atom silahına malikdir. Təcavüzkar ABŞ və qəsbkar İsrail dünyada Kasset bombasının ləğvinə imza atmaqdan imtina edirlər. Bütün bunlara baxmayaraq, özünə "Qondarma məğlubedilməz İsrail ordusu" imici yaratmaq istəyən quldur İsrail Livana qarşı 33 günlük müharibədə Seyyid Həsən Nəsrullahın rəhbərlik etdiyi Hizbullaha biabırcasına məğlub oldu. Mossad casusluq idarəsinin də yararsız odluğu üzə çıxdı və dünyada biabır oldu. İndi isə İsrail Mossadı dünya ictimaiyyətinə guya böyük bir təhlükənin qarşısını aldığını sırımaq istəyir. Atom bombasının keyfiyyətsiz hissələrinin guya Azərbaycan Respublikasından tranzit olunması isə, yalnız 2 qardaş, dost ölkə və xalq arasında təxribat yaratmaqdır.
Hacı Vaqif Abdullayev vurğulayıb: Hesab edirəm ki, bu məlumatlar təxribat xarakterlidir və bu yazıların ANS-Press və Yeni Müsavatda dərc olunması, hər iki medianın Sionist dairələrə xidmət etmələrinə dəlalət edir.
Azərbaycan Respublikası və İran xalqları min illərlə birlikdə yaşayıb, müştərək dinə mənsubdur və bütün adət-ənənələrimiz eynidir. Heç bir düşmən fitnəsi bizi dost və qardaşlıqdan ayıra bilməz. Allahu-əkbər! Allah-taala hamıdan ucadır. Düşmənlərin məkrlərini özlərinə qaytaracaq.