Yasamal rayon Polis İdarəsi 26-cı polis bölməsindən fakt təsdiqlənib. Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb
Azərbaycan servisi/Aran Agentliyi
“Üç nöqtə” qəzetinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 21/16 ünvanında yerləşən ofisi qarət olunub.
Redaksiyadan Lent.az-a verilən məlumata görə, hadisə bayram günlərində baş verib. Naməlum şəxs və ya şəxslər qapı və pəncərəni sındıraraq, qəzetə məxsus kompüterləri, 5 ədəd monitor və digər əşyaları oğurlayıblar. Qəzetin əməkdaşları bu gün səhər işə gələndə redaksiyanın qarət olunduğunu görüblər.
Yasamal rayon Polis İdarəsi 26-cı polis bölməsindən fakt təsdiqlənib. Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.