İİR 1267 saylı qətnamə, habelə Əl-qaidə və ifratçı qruplarla mübarizə ilə əlaqədar digər qətnamələr çərçivəsində ciddi və təsirli addımlar atıb
İİR servisi/Aran Agentliyi
İİR-nin BMT-dəki daimi nümayəndəsi deyib: İranın özü terrorizm qurbanıdır. Nyu-York müxbirimizin məlumatına görə, Məhəmməd Xəzai dünən "Beynəlxalq sülh və təhlükəsizliyə qarşı terror hərəkətlərindən irəli gələn tədbirlər" adı altında BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda terrorizm xətərini dünya ictimaiyyəti qarşısında ən mühüm problem adlandırıb və bir daha İranın terrorizmin hər bir formada pislənməsi üzrə prinsipial mövqeyini vurğulayıb.
O deyib: Şübhəsiz nəhs terrorizm fenomeninə qarşı kollektiv mübarizə hələ də ilk prioritet kimi dünya ictimaiyyətinin gündəmində durmalıdır və BMT bu sahədə əsas rola malikdir.
İranın BMT-dəki daimi nümayəndəsi həmçinin bu dövlətin narkotik maddələr qaçaqmalçılığı və mütəşəkkil cinayətlərlə mübarizə üzrə tədbirlərini açıqlayaraq, onu İİR-nin terrorizmlə qarşıdurmada digər ciddi iştirak cəhətlərindən adlandırıb.
Onun sözlərinə görə, İİR 1267 saylı qətnamə, habelə Əl-qaidə və ifratçı qruplarla mübarizə ilə əlaqədar digər qətnamələr çərçivəsində ciddi və təsirli addımlar atıb.