Zira Azərbaycan Respublikası hakimiyyəti iki il bundan qabaq da bu haqda əbəs hay-küylərə başladı. Lakin nəticə etibarı ilə Amerika və BBC radiolarının istəklərinə təslim oldu
Azərbaycan servisi/Aran Agentliyi
ABŞ Senatının Xarici Əlaqələr Komissiyasının üzvü Riçard Loqar Azərbaycan R. prezidentinə bir məktub göndərərək, ondan istəyib ki, bu R-nın yerli dalğalarından əcnəbi radioların translyasiyasının kəsilməsi imkanı ilə bağlı problemlərin aradan qaldırılmasına yardım üçün lazımi tədbirlər görsün. Riçard Loqar bu məktubda "Azadlıq", "Amerikanın səsi" və "BBC" radio verilişlərinin Azərbaycan Respublikasının yerli dalğalarından yayılması və translyasiya edilməsinin kəsilməsi üzrə hər cür addım barədə xəbərdarlıq edib və onu zərərli və mənfi addım adlandırıb.
Ekspertlər deyirlər ki, ABŞ başçılarının Azərbaycan Respublikasında xarici radiolar barədəki istəklərinin nəticə etibarı ilə reallaşacağı ehtimalı güclüdür. Zira Azərbaycan Respublikası hakimiyyəti iki il bundan qabaq da bu haqda əbəs hay-küylərə başladı. Lakin nəticə etibarı ilə Amerika və BBC radiolarının istəklərinə təslim oldu.