Tarix : 2008 Dec 11
Kod 9161

ABŞ komandoslarının Azərbaycan R-na səfəri başa çatıb

ABŞ ordusunun dəniz qüvvələrinin komandoslarından ibarət nümayəndə heyətinin dekabrın 1-də Azərbaycan R-na başlanan səfəri dünən başa çatıb
Azərbaycan servisi/Aran Agentliyi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən daxil olan məlumatlara görə, ABŞ ordusunun dəniz qüvvələrinin komandoslarından ibarət nümayəndə heyətinin dekabrın 1-də Azərbaycan R-na başlanan səfəri dünən başa çatıb. NATO-nun Bakıdakı nümayəndəliyindən asılı olan Ayna qəzetinin yazdığına görə, bu hərbi heyət Azərbaycan Respublikasında olduğu müddət ərzində ABŞ-ın Avropadakı hərbi komandanlığı ilə imzalanmış hərbi əməkdaşlıq proqramları çərçivəsində hərbi təlimlər təşkil edib.
Qeyd etmək lazımdır ki, Pentaqon Azərbaycan Respublikası ordusunu öz nüfuzu altına almaq üçün Xəzər dənizinin hərbiləşdirilməsinə çalışır.
ABŞ Xəzər dənizində Azərbaycan Respublikası ilə hərbi əməkdaşlıq iddiasında olmasına baxmayaraq, Azərbaycan Respublikasına Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək üçün gücdən istifadə icazəsi vermir.

  • Yazılıb
  • da (də) 2008 Dec 11