ABŞ prezidenti Corc Buş Azərbaycan hərbçilərinin İraqda çoxmillətli qüvvələrə verdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib
Azərbaycan servisi/Aran Agentliyi
ABŞ prezidenti Corc Buş Azərbaycan hərbçilərinin İraqda çoxmillətli qüvvələrə verdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
«Böyük çətinliklərə baxmayaraq, İraqda demokratik hökumətin qurulması və möhkəmləndirilməsinə Azərbaycan xalqının dəstək vermək arzusu onun güclü iradəsiniin nümunəsidir», - cümə axşamı bu barədə AzərTAc Dövlət Agentliyi məlumat yayıb.
ABŞ prezidenti qeyd edib ki, azərbaycanlılar İraqda azadlığın qorunmasına yardım məqsədi ilə aparılan uğurlu əməliyyatlarda iştirakı ilə fəxr edə bilərlər: «Birləşmiş Ştatlar dünyada digər maraqlar çərçivəsində Azərbaycanla əməkdaşlığı gələcəkdə də davam etdirmyi arzulayır», - Buş vurğulayıb.