İİR İngiltərə dövlətinə tövsiyə edib ki, nüvə tərk silahı sahəsində ikili və seçimli siyasətlərinə son qoysun
İİR servisi/Aran Agentliyi
İİR İngiltərə dövlətinə tövsiyə edib ki, nüvə tərk silahı sahəsində ikili və seçimli siyasətlərinə son qoysun. İİR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Həsən Qəşqavi İRNA müxbiri ilə müsahibədə İngiltərənin xarici işlər naziri Deyvid Milibendin Tehranın nüvə məsələsi haqqındakı son iddialarına cavabda bu ölkə dövlətinə tövsiyə edib ki, nüvə tərk silahı sahəsində ikili və seçimli siyasətlərinə son qoysun və NPT müahidəsində qeyd olunmuş öz öhdəliklərinin icrası ilə dünyada nüvə tərk silahı istiqamətində real addımlar atsın.
Qəşqavi deyib ki, Milibendin sözləri əslində nüvə tərk silahı sahəsində NPT-nin icrasından qaçmaq, başqalarını ittihamlandırmaq və bu istiqamətdə ümumi fikrini aldatmaq kimi məqsədləri güdür.
İİR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Milibendin ötən bir il ərzində İngiltərənin hərbi nüvə qüdrətinin 20% azalması haqqındakı iddiası barədə deyib: İngiltərə dövləti öz cəbbəxanalarında 190-200 nüvə başlığı yerləşdirməklə, onunla bağlı infrastrukturlarını modernləşdirmək və daha güclü nüvə silahları işləyib, hazırlamaq niyyətindədir ki, köhnə nüvə başlıqlarının yığışdırılmasından irəli gələn miqdar azlığını həmin silahların keyfiyyətinin yüksəltmək yolu ilə doldursun.
Qəşqavi habelə İngiltərə dövlətinin Sionist rejimin nüvə proqramının təchizi və işə salınması üzrə hərəkətlərini Londonun nüvə silahlarının yayılmaması barədəki şüarları ilə təzadlı, NPT müahidəsinin pozulması kimi qiymətləndirib və belə söyləyib: İngiltərənin Amerika ilə birgə nüvə başlıqlarını daşıyan raketlərin yeni nəslinin konstruksiyası, istehsalı və Nevada çölündə sınaqdan çıxarılması üzrə hərəkətləri NPT-nin aşkar şəkildə pozulması deməkdir.
İİR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmçinin deyib ki, İngiltərə xarici işlər nazirinin İranın nüvə proqramının region üçün təhdid olmasına dair iddiaları əsassızdır və rədd olunur.