Tarix : 2008 Dec 13
Kod 9184

AZƏRBAYCANDA YENİ BİNALARIN TİKİNTİ TEMPİ DÜŞÜB

Əmlak bazarında aktivliyin aşağı düşməsi mənzil tikintisinin tempinin azalmasına səbəb olub
Azərbaycan servisi/Aran Agentliyi

Bu barədə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib. Noyabr ayının sonuna Bakı şəhəri üzrə 567 binanın tikintisi davam etdirilib (oktyabrda 554 ədəd olub). Araşdırmalar göstərir ki, bazara yeni daxil olan 13 binanın tikintisi üçün icazələr II rübün sonlarında alınıb. Bu binaların inşası 212 tikinti təşkilatı tərəfindən aparılır.

Ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Sonrakı yerləri isə Nəsimi və Xətai rayonları tutub. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 67,3% təşkil edib.

Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti oktyabr ayı ilə müqayisədə 2,9% azalaraq 1 202 $/kv.metrdən 1167 $/kv.metrə düşüb. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 13,3 bənd azalaraq 442,7 bənd olub. Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı 120,2 kv,m-dən 120,0 kv.m-ə (0,08%) qədər azalıb. Orta blok və mərtəbə göstəricisi keçən aydakı kimi müvafiq olaraq 2,3 blok və 15,1 mərtəbə olub.

Qiymət artımı Səbail rayonunda 1,2%, Xətaidə 0,9%, Nərimanovda 0,9%, Yasamalda 0,4%, Nizamidə 0,3%, qiymət azalması isə Nəsimidə 1,2%, Sabunçuda 1,6%, Suraxanıda 4,3% qeydə alınıb.

  • Yazılıb
  • da (də) 2008 Dec 13