Tarix : 2008 Dec 13
Kod 9188

ƏLİ İNSANOV MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ

Keçmiş səhiyyə naziri Əli İnsanov bu gün Ədliyyə Nazirliyi Müalicə Müəssisəsinə köçürülüb
Azərbaycan servisi/Aran Agentliyi

Ə. İnsanovun vəkili Ağaveys Şahverdiyev APA-ya bildirib ki, köçürülmə prosesi bu gün saat 16:00 radələrində həyata keçirilib. Ə. İnsanov Müalicə Müəssisəsində müayinə və müalicə olunacaq.

Qeyd edək ki, İnsan Haqları üzrə Avropa Məhkəməsi Azərbaycanın sabiq səhiyyə naziri Ə. İnsanovun şikayəti əsasında onun müalicəsinin təmin olunması, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi barədə qərar qəbul edib.

  • Yazılıb
  • da (də) 2008 Dec 13