Tarix : 2008 Dec 13
Kod 9189

H.Zare: Beynəlxalq təşkilatlar Sionist rejimin cinayətləri qarşısında susmamalıdır

Sionist rejim Livan Hizbullahı qarşısında böyük bir məğlubiyyəti təcrübə etdiyinə görə, başını itirib
Azərbaycan servisi/Aran Agentliyi

İranın Bakıdakı səfiri deyib: Sionist rejimin cinayətləri beynəlxalq təşkilatların səriştəsizliyinin məhsuludur. İRNA-nın şənbə günü Bakıdan İİR-nin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Nasir Həmidi Zare-yə istinadən verdiyi məlumata əsasən, Sionist rejimin regionda növbəti cinayətlər törətməsi beynəlxalq təşkilatlar və insan haqları iddiaçılarının sükutu ilə müşayiət olunur.
Səfirin sözlərinə görə, Sionist rejim Livan Hizbullahı qarşısında böyük bir məğlubiyyəti təcrübə etdiyinə görə, başını itirib. Ona görə də, bu məğlubiyyətin əvəzini çıxmaq üçün Qəzzə əhalisini qırğın etməyə başlayıb.
Müsahibəsinin digər hissəsində beynəlxalq təşkilatların Qəzzə zolağında Sionist rejimin törətdiyi cinayətlərlə bağlı sükut etmələrini tənqid atəşinə tutan Nasir Həmidi Zare sonra deyib: Dünyadakı mövcud durum sekulyar sistemin ədalətsiz və məntiqsiz mövqeyini ifadə edir ki, dünya ictimaiyyətinə müxtəlif problemlər törədir.
İranın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri habelə Fələstin, İraq, Əfqanıstan, Livan və digər bölgələrdəki hazırkı durumu xüsusilə də dünyada cərəyan edən maliyyə böhranını beynəlxalq təşkilatlar və orqanların yanlış siyasətlərinin məhsulu adlandırıb.
Onun fikrincə, dünya ictimaiyyəti bu ədalətsiz sistemdən yorulub, ədalət və məntiqə uyğun olan yeni bir sistemin bərqərar edilməsini istəyir.

  • Yazılıb
  • da (də) 2008 Dec 13