Tarix : 2008 Dec 13
Kod 9191

BAKI ŞƏHƏRİNDƏ GÜCLÜ PARTLAYIŞ OLUB

APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə saat 8.20-də Nizami rayon Naxcıvanski küçəsi, 34 saylı beşmərtəbəli binanın ikinci blokunun 5-ci mərtəbəsində baş verib
Azərbaycan servisi/Aran Agentliyi
Qaz sızmasından baş verən partlayış nəticəsində 3-cü, 4-cü, 5-ci mərtəbələrdəki mənzillər dağılaraq, tam yararsız hala düşüb. Ümumilikdə 6 mənzil dağılıb, ölən və yaralananların olduğu bildirilir. Hadisə yerinə xeyli sayda yanğınsöndürmə və təcili yardım maşını çağırılıb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dağıntılar altında qalanların xilas edilməsi üçün tədbirlər görür. Dağıntılar altında qalanlar arasında uşaqların da olduğu bildirilir. Nizami rayon İcra Hakimiyyətinin nümayəndələri də hadisə yerinə gəlib.
Partlayış baş verən binanın dağıntıları altından 6 nəfər çıxarılıb

Partlayış nəticəsində ölənlərin olması barədə bu saatadək məlumat olmadığını deyən RİH başçısı hadisəyə qaz sızmasının səbəb olduğunu bildirib: “Qəza nəticəsində binanın 4-cü, 5-ci mərtəbələri tam yararsız hala düşüb. Eyni zamanda, ətraf binalara və mənzillərə ziyan dəyib. Hadisə nəticəsində 5 nəfər yaralanıb və onlara ilkin tibbi yardım göstərilib. İki nəfərin isə dağıntılar altında qaldığı ehtimal olunur. Hazırda onların çıxarılması istiqamətində işlər görülür”.






Hadisə yerində olan “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov jurnalistlərə açıqlamasında hadisənin qaz sızması nəticəsində baş verdiyinin ehtimal olunduğunu deyib. Onun sözlərinə görə, araşdırma aparıldıqdan sonra dəqiq məlumat veriləcək: “Əgər hadisə həqiqətən də qaz sızması nəticəsində baş veribsə, onda təhlükəsizlik məsələlərinə riayət olunmayıb”.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da hadisə yerindədir. Lent.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, bu saatlarda dağıntılar altında qalan iki nəfərdən biri çıxarılaraq, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Son məlumatlara görə, dağıntılar altından çıxarılanlardan 2-3 yaşlarındakı uşaq və 45, 56 yaşlarında olan 2 qadın yanıq xəsarəti ilə, 1 nəfər 20 yaşlı kişi isə travma ilə xəstəxanaya yerləşdirilib.
  • Yazılıb
  • da (də) 2008 Dec 13