beynəlxalq təşkilatlar Sionist rejimin cinayətkar hərəkətləri qarşısında nigaran olmalı və məsuliyyətlərini yerinə yetirməlidirlər
İİR servisi/Aran Agentliyi
İİR BMT-yə müraciət edərək, işğal olunmuş ərazilərdə sionistlərin törətdiyi cinayətlərinin qarşısının almasını tələb edib. İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai cümə günü Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədrinə, habelə BMT-nin baş katibinə ünvanladığı məktubda Fələstin xalqının xüsusilə də Qəzzə sakinlərinin yaşadığı acınacaqlı vəziyyətinə toxunaraq bildirib ki, Sionist rejiminin bu ölkə xalqı əleyhinə törətdiyi cinayətlər dünyada xalqların bu rejimə olan nifrətinin artmasına səbəb olub.
Məktubda sonra BMT Təhlükəsizlik Şurasının Fələstin xalqı və Qəzzə sakinlərinin vəziyyəti bərabərində passiv mövqe tutmasını tənqid atəşinə tutan Xəzai qeyd edib ki, 21-ci əsrdə dünya xalqları Sionist rejimin tam qəddarlıqla günahsız bir xalqa qarşı misli görünməmiş cinayətlər törətməsinə göz yumur.
Minlərlə fələstinli qadın və uşağın Sionist rejimin törətdiyi cinayətlərdən əziyyət çəkdiyi bir şəraitdə beynəlxalq təşkilatlar bu durumla bağlı sükut etməməlidir. Zira bu günahsız insanlar BMT və beynəlxalq təşkilatların addımlar atmasını gözləyirlər.
Xəzai həmçinin BMT-nin təhlükəyə məruz qalmış və aztəminatlı xalqlara yardım etməklə bağlı əsaslı addımlar atmasını, BMT və bu təşkilat nizamnaməsinin mühüm vəzifələrindən adlandırıb.
Diplomat yazır ki, beynəlxalq təşkilatlar Sionist rejimin cinayətkar hərəkətləri qarşısında nigaran olmalı və məsuliyyətlərini yerinə yetirməlidirlər.