Yanacaqda qənaət, İran incəsənətinə uyğunluq, təhlükəsizlik və gözəllik iranlı mühəndislərin və sənayeçilərin iş gündəmində durmalıdır
İİR servisi/Aran Agentliyi
İİR-nin prezidenti Mahmud Əhmədinejad ölkədə "Miniatür" avtomobilinin istehsal xəttinin açılışı mərasimində bəyan edib ki, bu hərəkət iranlı mütəxəssislərin yüksək iradəsinin məhsuludur. İranın Mərkəzi İnformasiya Agentliyinin verdiyi məlumata görə, dövlət başçısı İran istehsalı olan "Miniatür" avtomobilinin xüsusiyyətlərindən danışarkən deyib: Yanacaqda qənaət, İran incəsənətinə uyğunluq, təhlükəsizlik və gözəllik iranlı mühəndislərin və sənayeçilərin iş gündəmində durmalıdır.
Cənab Əhmədinejad habelə "Miniatür" avtomobilinə aid marka ilə də tanış olub.
"Saipa" Avtomobil Qayırma Qrupunun baş müdiri Mehrdad Bəzirpaş da tam İran məhsulu olan Miniatür avtomobilinin dizaynını son bir neçə ildə sənaye istehsalının ən böyük nailiyyəti adlandırıb.
Bəzirpaş qeyd edib ki, yerli texnologiya əsasında hazırlanan avtomobilin istehsal xəttinin açılması İranın adını dünyada maşın qayıran mötəbər ölkələrin sırasına daxil edib və Saipa da bu gündən etibarən həmin ticarət markasından istifadə edəcək.
Bəzirpaşın dediyinə görə, hal-hazırda İran Avtomobil Qayırma sənayesində 86-cı yerdədir və İranda ümummilli istehsal payının 4%-i avtomobil sənayesinə aiddir.
Saipa Avtomobil Qayırma Qrupunun baş müdiri 1390-cı günəş ilinin axırınadək Saipa Qrupunda daha 3 İran istehsalının olacağından xəbər verib.
İİR-nin prezidenti Mahmud Əhmədinejad şənbə günü Saipa Avtomobil Qayırma Şirkəti tərəfindən istehsal olunan Miniatür adlı avtomobilin istehsal başlama mərasimində, istehsal olunan bu avtomobillərdən ikisini Yaponiya çempionatında hicaba riayət etdiklərinə görə, yarışdan məhrum olan 2 iranlı karate idmançısına təqdim edib.