Həsənovun Mehr İnformasiya Agentliyi ilə müsahibədə irəli sürdüyü fikirlər barədə qalmaqallar davam etməkdədir
Azərbaycan servisi/Aran Agentliyi
Həsənovun Mehr İnformasiya Agentliyi ilə müsahibədə irəli sürdüyü fikirlər barədə qalmaqallar davam etməkdədir.
Bakı medialarının bildirdiklərinə görə, Azərbaycan Respublikas Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu ölkənin Tehrandakı səfiri Abbasəli Həsənovun Əbülfəz Elçibəy hökumətini İranla Azərbaycan Respublikasının əlaqələrində təqsirkar təqdim etməsi barədə fikirlərinə münasibət bildirərkən deyib: İranla Azərbaycan Respublikası dostluq və qonşuluq münasibəti və prinsiplərinə malikdirlər. Bizim qarşılıqlı münasibətlərlə bağlı mövqeyimiz qonşu ölkənin daxili işlərinə müdaxilə etməməyə əsaslanır.
Xəzər İbrahim Abasəli Həsənovun vəzifədən kənarlaşdırılması və ya geri çağırılması ilə bağlı məsələyə də münasibət bildirib.
O deyib: Bu məsələyə müdaxilə ölkənin Xarici İşlər Nazirliyinin səlahiyyətində deyil və prezidentin səlahiyyətlərinə daxildir.
Eyni halda Ekspress qəzeti Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində olan qaynaqlara istinadən yazır ki, Abasəli Həsənov Elçibəy hökuməti dönəmində hakimiyyətin o vaxtkı diplomatik qaydalarına uyğun işləməyi xahiş etmişdi. Ancaq ölkənin Milli Təhlükəsizlik Nazirliyi onun iranlılarla sıx əlaqədə olmasından xəbərdar olduğuna görə, Həsənovun İranda siyasi fəaliyyət aparmasına icazə verməmişdi.