İİR servisi/Aran Agentliyi
Məhəmməd Qənnadi deyib: İran UF-6 qazını istehsal edən ölkələrin sırasında 7-ci yeri tutur. İranın Nüvə Enerjisi Təşkilatının yanacaq üzrə müavininin sözlərinə görə, İran UF-6 qazını istehsal edən zavoda malikdir.
İRNA-nın məlumatına əsasən, Məhəmməd Qənnadi deyib: Bu növ qaz sülhməramlı nüvə yanacağı istehsalının prosesində effektli rola malik olub və nüvə enerjisini zənginləşdirmək və nüvə reaktorlarını istehsal etmək sahəsində istifadəyə verilir.
Nüvə enerjisini dünyada ucuz və pak bir enerji hesab edən bu İran rəsmisi deyib: Bu enerjinin istehsalı təhlükəli qaz icad etmir və atmosferi çirkləndirmir.
Hal-hazırda dünyada enerji istehsalının 17%-i dünyadakı mövcud 420 nüvə stansiyasının yolu ilə təmin olunur və təqribən 30 stansiya inşa edilməkdədir.
Qeyd edək ki, bu 420 nüvə stansiyasının böyük hissəsi Avropa və Amerikadadır.