Avstriyanın Gələcəyi Patiyasından olan Peter Vestenzallerin isə Avropa Futbol Çempionatı ərəfəsində polislərə müqavimət göstərdiyi üçün toxunulmazlıqları ləğv edilib
Azərbaycan servisi/Aran Agentliyi
"Dünya Büliteni"-nin yaydığı xəbərdə bildirilir ki, Avstriya parlamentinin iki vəkili məsuliyyətə cəlb olunub. Onlar Azadlıq Partiyasından olan Susanne Vinter və Avstriyanın Gələcəyi Patiyasından olan Peter Vestenzallerindir.
Azadlıq partiyasından olan Susanne Vinter İslam Peyğəmbərini (s) təhqir etdiyinə görə, Avstriyanın Gələcəyi Patiyasından olan Peter Vestenzallerin isə Avropa Futbol Çempionatı ərəfəsində polislərə müqavimət göstərdiyi üçün toxunulmazlıqları ləğv edilib.
Xatırladaq ki, Vinterə qarşı keçən il Qraz şəhərinə bələdiyyə seçkiləri ərəfəsində İslam dininə və İslam peyğəmbəri Muhəmmədə (s) qarşı ağır təhqirlər etdiyinə görə Qraz Federal Prokurorluğu tərəfindən istintaq başladılmışdı.
Parlament üzvləri tərəfindən toxunulmazlığının ləğv edilməsini birmənalı qəbul olunan millət vəkili Vinterin yaxın günlərdə, "Dini dəyərləri və əxalqı inancını ələ salmaq" ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunacaq.
Xəbərdə həmçinin toxunulmazlığı ləğv edilən millət vəkili Vinterin Qraz, Vestenzallerinin isə Vyana şəhər məhkəməsində mühakimə olunacağı bildirilir.