Tarix : 2008 Dec 14
Kod 9226

Hacıların növbəti qrupu Bakıya qayıdıb

Təyyarədə yaranmış texniki nasazlıq üzündən bir sutkadan artıq müddətdə Bakıya qayıdışında problem yaranmış azərbaycanlı hacıların növbəti qrupu artıq vətənə gəlib
Azərbaycan servisi/Aran Agentliyi
Təyyarədə yaranmış texniki nasazlıq üzündən bir sutkadan artıq müddətdə Bakıya qayıdışında problem yaranmış azərbaycanlı hacıların növbəti qrupu artıq vətənə gəlib. ANS TV-nin məlumatına görə, hacıları daşıyan təyyarə dekabrın 13-də saat 22.30-da Heydər Əliyev adına beynəlxalq hava limanına enib.

Xatırladaq ki, zəvvarları Bakıya gətirməli olan İordaniya şirkətinə məxsus təyyarədə baş verən texniki nasazlıq səbəbindən zəvvarların vətənə dönüşü ləngiyirdi. Təyyarənin uçuşdan əvvəl yoxlanışı zamanı məlum olmuşdu ki, onun qapısı əvvəlki reys zamanı zədələnib. Buna sərnişinlərin yükünün həddən artıq olması səbəb olub. Qapının ciddi zədələndiyi üçün reys təxirə salınmışdı.
 
  • Yazılıb
  • da (də) 2008 Dec 14