İİR-nin Bakıdakı səfirliyi Az. R-da İran əleyhinə saxta xəritələrin yayılması və tarixi faktların saxtalaşdırılması məsələsini yaxından araşdırır
Azərbaycan servisi/Aran Agentliyi
İİR-nin Bakıdakı səfirliyi Az. R-da İran əleyhinə saxta xəritələrin yayılması və tarixi faktların saxtalaşdırılması məsələsini yaxından araşdırır. İran XİN-nin mətbuat katibi Həsən Qəşqavi bu gün Tehranda keçirdiyi mətbuat konfransında qonşu ölkədə şimali və cənubi Azərbaycan kimi qondarma adların istifadə olunmasına , habelə saxta Ərəb Körfəzi adının olduğu xəritənin Bakı hava limanında divardan asılmasına münasibət bildirərkən belə deyib. Diplomatın sözlərinə görə, Az. R-da saxta ibarələrin işlədilməsi tarixi-siyasi və hakimiyyət reallıqlarına təsir göstərə bilməz. O deyib: Bu cür hərəkətlər və saxta xəritə hansısa ölkənin milli hakimiyyətinə, ərazi bütövlüyünə və tarixi reallıqlara təsirsizdir. İİR Xarici İşlər Nazirliyinin mətbuat katibi həmçinin Az. R. ilə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.