Azərbaycanla ABŞ arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində Dəniz terrorçuluğuna qarşı əməliyyat təlim kursu (15-19 dekabr) keçirilir
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanla ABŞ arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində Dəniz terrorçuluğuna qarşı əməliyyat təlim kursu (15-19 dekabr) keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, plana əsasən, ABŞ Dəniz piyadaları tərəfindən növbəti çavuş hazırlığı kursu (15-20 dekabr), Varna şəhərində (Bolqarıstan) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidə gəzinti (24 dekabr 2008 - 10 yanvar 2009) təşkil olunub.
Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq isə Bakı şəhərində Elektron Rabitə və Məlumat Sistemləri (MEBS) üzrə qarşılıqlı əməkdaşlıq və araşdırma fəaliyyətlərində iştirak etmək üçün Azərbaycan MN Rabitə və AİV Mərkəzini ziyarət (16-18 dekabr), Azərbaycan-Türkiyə yüksək səviyyəli Hərbi Dialoq iclası (22-24 dekabr), Ankara şəhərində «Şahin gözü» elektro-optik sensor sistemi ilə tanışlıq üzrə ixtisas hazırlığı kursu (22-24 dekabr), Samsun şəhərində Gizirlər üçün səhra tibb xidmətləri üzrə təməl kurs (24 dekabr 2008 – 14 mart 2009) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.