Tarix : 2008 Dec 15
Kod 9234

Azərbaycan OPEC-in toplantısına dəvət edilib

Azərbaycan neft ixrac edən ölkələrin təşkilatı – OPEC-in dekabrın 17-də Əlcəzairdə keçiriləcək toplantısına dəvət edilib
Azərbaycan servisi/Aran Agentliyi
   Azərbaycan neft ixrac edən ölkələrin təşkilatı – OPEC-in dekabrın 17-də Əlcəzairdə keçiriləcək toplantısına dəvət edilib.
    “Associated Press” agentliyinin i verdiyi məlumata görə, bunu Əlcəzairin enerji naziri Şəkib Xəlil açıqlayıb. O, digər dəvət olunan ölkələrin Oman və Suriya olduğunu bildirib. Ş. Xəlil neft hasilatını azaltmaq barədə razılığa gəldiklərini də söyləyib.
    Qeyd edək ki, bu ilin birinci yarısında qiyməti rekord səviyyəyə - 147 dollara çatan neft iyul ayından bəri ucuzlaşmağa başlayıb və hazırda 1 barel neftin qiyməti 50 dollardan aşağıdır. Bu, OPEK-i hasilatı azaltmağa vadar edib. Xatırladaq ki, dünya neft istehsalının 40%-i OPEC-in payına düşür.
  • Yazılıb
  • da (də) 2008 Dec 15