Konfransda sözü gedən dənizləri çirkləndirən amillərə qarşı mübarizə yolları araşdırılır
Azərbaycan servisi/Aran Agentliyi
Bakıda Xəzər və Qara dənizin ekologiyasının qorunmasına dair beynəlxalq konfrans keçirilir. ANS pressin məlumatına əsasən tədbirdə İİR, Rusiya , Qazaxıstan , Türkiyə , Ukrayna , Gürcüstan , Bolqarıstan və Rumıniyanın nümayəndələri iştirak edir.
Bakı konfransı 1996-cı ildə qəbul olunmuş qərara uyğun olaraq keçirilir . Konfransda sözü gedən dənizləri çirkləndirən amillərə qarşı mübarizə yolları araşdırılır . Aldığımız məlumata görə 3 günlük Bakı konfransda neft şirkətləri və dənizçilik müəssislərinin də nümayəndələri iştirak edir. Xatırladaq ki, Rusiya , Az. R. və Qazaxıstan Xəzər dənizini ən çox çirkləndirən ölkələrdirlər . Neft çirkləndiriciləri və sənaye müəssisələri tullantılarının dənizə axıdılması Xəzərin ekologiyasını çirkləndirən iki əsas amildir.