Həsənov Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Bakı rəsmilərinin çiy və düşünülməmiş hərəkətlərə yol vermələri haqdakı sözlərinə təkid edib
Azərbaycan servisi/Aran Agentliyi
Həsənov Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Bakı rəsmilərinin çiy və düşünülməmiş hərəkətlərə yol vermələri haqdakı sözlərinə təkid edib. Abbasəli Kərəm oğlu Həsənov diplomatiyanın möhkəmləndirilməsində İnformasiya vasitələrinin rolunu mühüm adlandıraraq iki ölkə mediaları arasında daha artıq əməkdaşlıqların edilməsini istəyib ki, mövcud olan bəzi anlaşılmazlıqlar bu yolla öz həllini tapmış olsun . Həsənov tarixi və mədəni ortaqlıqlara habelə geniş potensiallara malik olmalarına baxmayaraq, Iran- Az. R münasibətlərinin lazım olduğu qədər inkişaf etmədiyindən təəssüfləndiyini bildirərək deyib: Yalnız İran və Az. R-nın düşmənləri iki ölkənin bir-birindən uzaqda qalmasına sevinirlər. O təkid edib ki, Sovet İttifaqının dağılması ərəfəsində yaranmış özbaşınalıqlar və siyasət sahəsində təcrübəyə malik olmayan insanların hakimiyyətə gəlməsi iki ölkə münasibətlərində müəyyən narazılıqların və xoşagəlməz anların yaşanmasına səbəb olub. Həsənov öz sözlərinin davamında deyib: Təəssüflər olsun ki, hələ də ordunun rəftarları insanların yaddaşından silinməyib . Bu da iki ölkə münasibətlərinin inkişafına mane olan amillərdən sayılır.
Az. R-nın Tehrandakı səfiri təkid edib ki, Biz ölkələrin daxili işlərinə müdaxilə etməməyə borcluyuq . Amma Elçibəy dövləti şimali və cənubi Azərbaycanın birləşdirilməsi kimi əsassız şüarlar ilə Bakı-Tehran münasibətlərini korladı və indi də Elçibəy dövlətinin yanlış hərəkətlərinin mənfi təsirləri hiss olunur.