Tarix : 2008 Dec 16
Kod 9246

İSLAM DİNİNİ QƏBUL ETDİYİNƏ GÖRƏ TƏQİB OLUNUR

Mahaçqalada Dağıstan hüquq mühafizə orqanları İslam dinini qəbul etmiş İrina Aleksandrovskayanın ailəsinə mütəmadi təzyiq göstərir
Azərbaycan servisi/Aran Agentliyi

Bu barədə Moskvada Ümumi İnsan haqları deklarasiyasının 60 illiyinə həsr olunmuş hüquq müdafiəçilərinin konfransında çıxış edən Aleksandrovskaya bildirib, Kavzaskiy Uzel xəbər verir.

"Mən milliyyətçə rusam, mənim iki övladım var və onlar da rusdur və bu yaxınlarda biz İslamı qəbul etmişik. Bu qərara mən dərk edərək gəlmişəm və məni heç kəs buna vadar etməyib. Yaxınlarım bu qərarıma müxtəlif cür yanaşdılar: kimisi bunu hörmətlə qarşıladaı, kimisi məni başa düşdü, kimisi də başa düşmədi. Lakin məni hüquq mühafizə orqanlarının hərəkəti heyrətə gətirdi", - deyə xanım bildirib.

"Ailəmizi dərhal qara siyahıya saldılar. Ərazi müvəkklili mütəmadi olaraq mənim evimə gəlir, bu işə məni kimin, hansı təşkilatın təhrik etdiyini aydınlaşdırmağa çalışırdı. Bunlar artıq məni bezdirdikdə, onlara bildirdim ki, mənim dini azadlıq hüququm var. Bundan sonra onlar mənim evimə hücum etdilər", - deyə xanım əlavə edib.


Bundan sonra isə Aleksandrovskayanın sözlərinə görə, onun oğlu cinayət məcəlləsinin 222-ci maddəsinin birinci bəndi - evdə qumbara saxlamaq maddəsi ilə mühakimə olunub.  "Məni hakim çağırdı və dedi: "Mən sizi başa düşürəm, mən qırx yaşında dini qəbul etmək istəyən birinə hörmət edirəm, lakin mən heç bir şey edə bilmərəm. Əgər mən sizin oğlunuza bəraət versəm, onda gərək hüquq mühafizə orqanları evinizə qumbaraları atan polis işçisini mühakimə etsin", - deyə xanım İrina məhkəmə prosesi barədə danışarkən bildirib.

"Dağıstan müsəlman respublikasıdır. Buna görə də, anlaşılmalıdır ki, insanlar burada İslam dinini qəbul edir, Allaha itaət edir və ənənə olaraq qəbul edirlər. Mən və qızım hicab taxırıq, məscidə gedirik və oruc tuturuq. Yeganə olaraq biz Həccə getməmişik və ümüd edirəm ki, yaxın gələcəkdə bu borcumuzu da yerinə yetirərik. İslam ilk növbədə gözəl əxlaq dinidir və mən başa düşmürəm niyə görə hüquq mühafizə orqanları bizim bu qərarımıza qarşıdır", - deyə xanım bildirib.

Anasının dediklərini təsdiqləyən Aleksandrovskayanın oğlu İqor Tonqonov dəfələrlə tanımadığı şəxslər tərəfindən sorğu-sual olunduğunu bildirib. "İslam dinini qəbul etdiyimiz vaxtdan biz daima qorxu altında saxlanılırıq", - deyə İqor Tonqonov bildirib.

  • Yazılıb
  • da (də) 2008 Dec 16