İran xalqı ilə danışıq aparmaq istəyən hər bir kəs bilməlidir ki, İran xalqı heç bir vaxt Sionist rejimi rəsmən tanımayacaq
İİR servisi/Aran Agentliyi
İİR Prezidenti bəyan edib ki , İran xalqı dünyanın cinayətə , zorakılıq , təcavüzkarlıq , işğalçılıq və sionizm təfəkküründən təmizlənilməsinin tərəfdarı olan hər bir kəslə müzakirə aparmağa hazırdır. İRNA-nın məlumatına görə, Mahmud Əhmədinejad bu gün İranın cənub qərbində yerləşən Xuzestan ostanında Əhvaz şəhərinin minlərlə sakini qarşısında etdiyi çıxışında deyib: İran xalqı ilə danışıq aparmaq istəyən hər bir kəs bilməlidir ki, İran xalqı heç bir vaxt Sionist rejimi rəsmən tanımayacaq. Əhmədinejadın sözlərinə görə, müzakirə tərəfdarları olan hər bir kəs bilməlidir ki , İran xlaqı zülm və zorakılıq tərəfdarı deyil və öz qanuni hüquqlarına göz yummayacaq. İran prezidenti habelə qlobal maliyyə böhranına işarə edərək deyib: Qərbin maliyyə böhranı yaxın zamanda siyasi və ictimai problemlərə çevriləcək, onların zorakılıq sarayını yerlə yeksan edəcək.