Mərkəzi icra hakimiyyəti dedikdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, yerli orqanlar dedikdə isə məscidin tikiləcəyi rayonun icra hakimiyyəti nəzərdə tutulur
Azərbaycan servisi/Aran Agentliyi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov bildirir ki, ölkədə məscid tikintisi mütləq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır. Mərkəzi icra hakimiyyəti dedikdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, yerli orqanlar dedikdə isə məscidin tikiləcəyi rayonun icra hakimiyyəti nəzərdə tutulur. Bunun üçün lazım olan sənədlər əsasən tikinti aparılacaq torpaq sahəsinin kimə məxsus olması, torpağın şəhadətnaməsindən və tikintiyə razılıq sənədindən ibarətdir.
Adi tikinti ilə məscid binası arasında fərq olub-olmamasına gəlincə, G.İsmayılov deyir ki, təyinatından asılı olmayaraq bütün tikililərin qanuniliyi, möhkəmliyi və onun yerləşdiyi ərazi əsas şərtdir: “Məscidin digər tikintilərdən fərqi onun dini təyinatlı obyekt olmasıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscid tikintisinə icazə verərkən yerli icra hakimiyyətinin rəyini nəzərə ala bilər”.