Azərbaycan R-da xalqın İ.Əliyev hökumətinin Sionist rejimlə əlaqələrinə etiraz etməsinə rəğmən 2 tərəf yeni razılaşma imzalayıb
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan R-da xalqın İ.Əliyev hökumətinin Sionist rejimlə əlaqələrinə etiraz etməsinə rəğmən 2 tərəf yeni razılaşma imzalayıb. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sözçüsü bu xəbəri bildirərək artırıb ki, hazırda azəri və sionist ekspertlər bu razılaşmanın ilkin layihə mətnini araşdırırlar.
Həmin razılaşmaya əsasən, Sionist rejimin iri rabitə və informasiya şirkətləri Azərbaycan Respublikasında sərmayə qoyacaqlar. Bu azəri rəsminin sözlərinə görə, Sionist rejimin DATA və CALL rabitə mərkəzləri Azərbaycan Respublikasında elektron hökumət, başqa sözlə ümumölkə dinləmə şəbəkəsi yaratmağa olduqca maraqlı olduqlarını ifadə ediblər.