İranın BMT-dəki daimi nümayəndəliyi K.Raysın son sözlərini Ağ Evin qərəzli siyasətləri istiqamətində dəyərləndirib
  İİR servisi/Aran Agentliyi
İranın BMT-dəki daimi nümayəndəliyi K.Raysın son sözlərini Ağ Evin qərəzli siyasətləri istiqamətində dəyərləndirib. Bu nümayəndəliyin bəyanatında Fars körfəzi məntəqəsi ölkələri ilə dostcasına və möhkəm əlaqələr vurğulanaraq deyilir: İran Fars körfəzi məntəqəsi və Orta Şərqin sabitliyi və inkişafı sütunudur və məntəqənin stabilliyi, təhlükəsizliyi və rifahına da yüksək əhəmiyyət verir. 
ABŞ-ın dövlət katibi Kondaliza Rays 5+1 qrupunun bir neçə ərəb ölkəsinin BMT-dəki nümayəndələri ilə iclasından sonra iddia edib ki, iclas iştirakçıları İranın nüvə proqramı və regional rolundan nigarançılıq ifadə ediblər. 
İranın BMT-dəki nümayəndəliyinin bəyanatında Sionist rejimin Qəzzə zolağındakı cinayətlərinə toxunularaq deyilir: Amerika çalışır ki, mümkün olan hər bir tərzlə dünya xalqlarının diqqətini yayındırsın. Lakin region ölkələri ABŞ-ın bu fitnəsindən xəbərdar olub, müxtəlif yollarla Amerikanın həmin hərəkətindən narazı olduqlarını bildiriblər. 
Bəyanatda habelə İranın nüvə texnologiyasından dinc istifadə haqqı vurğulanaraq bildirilir: İranın nüvə proqramı regional və qlobal sülh və təhlükəsizliyə qarşı əsla təhdid deyil və MAQATE-nin hesabatları bu gerçəkliyi açıq şəkildə etiraf edir.