Şiə Qədir hadisəsi barədə öz parlaq əqidələrini qoruyaraq bu etiqadın islam dünyasında ixtilaf və təfriqə bünövrəsi olmasına icazə verməyəcək
İİR servisi/Aran Agentliyi
İslam İnqilabının Böyük Rəhbəri bu gün səhər xalqın müxtəlif təbəqələrindən olan minlərlə nəfərlə görüşüblər. O Həzrət islamda hökumət məsələsinin önəmini vurğulayıb, islami hökumət meyarının bəyanını Qədirin böyük dərsi və müraciəti adlandıraraq artırıblar: Şiə Qədir hadisəsi barədə öz parlaq əqidələrini qoruyaraq bu etiqadın islam dünyasında ixtilaf və təfriqə bünövrəsi olmasına icazə verməyəcək.
Həzrət Ayətullah-əl-üzma Xamenei səadətli Qədir bayramı münasibəti ilə İran xalqı ilə bütün müsəlman xalqları təbrik edərək, Qədir müraciətinin dərkini islami ümmətin düzgün yolda hərəkət amili adlandıraraq vurğulayıblar: Böyük İslam Peyğəmbəri (s.ə.) tərəfindən Əmirəl-möminin (ə)-ın canişinliyinin elanı kimi son dərəcə mühüm məsələ əslində islamda siyasət, din birliyi və hökumət məsələsinin əhəmiyyətini göstərir və bu böyük dərs islam ümmətinin bugünkü ehtiyacıdır.
O Həzrət islami hökumət meyarının bəyanını böyük Qədir hadisəsinin digər dərsi adlandıraraq artırıblar: Həzrət Əli İbn Əbitalib (ə) kimi bir şəxsiyyətin İslamın Böyük Peyğəmbəri (s.ə.)-ın canişini kimi təqdimi göstərir ki, Qədir müsəlmanların təkcə tarixi bir xatirəsi olmayıb, islami və bütün insan cəmiyyətlərinin idarəsinə lazım olan meyarların bəyan edicisidir.
Həzrət Ayətullah-əl-üzma Xamenei Əli İbn Əbitalib (ə)-ı səbir, mücahidə və digər sahələrdə Böyük İslam Peyğəmbəri (s.ə.)-ın görkəmli şagirdi adlandıraraq söyləyiblər: Bu gün insan cəmiyyətlərindəki böyük yoxsulluq islamın Qədir Xumda yüksək nümunəsini tarixə göstərdiyi siyasətçilərin olmamasıdır.
O Həzrət şiə ilə sünninin Qədir Xum barədəki fərqli dərkinə toxunaraq artırıblar: Bununla belə şiə və sünni Qədir hadisəsi və Əmirəl-möminin (ə)-ın şəxsiyyətinin əzəməti haqqında eyni fikrə malikdir.
İslam İnqilabının Böyük Rəhbəri sonra şiə ilə sünninin təfriqəli fitnələr qarşısında sayıq olmaları vacibliyini vurğulayaraq, İmam Xomeyni (r.ə) və İİR-nin müsəlmanlar arasında ixtilafların baş verməsinin qarşısının alınması üzrə səylərinə toxunaraq deyiblər ki, müsəlman xalqların islam inqilabına diqqətindən zərbə almış dünya zalımları məzhəbi təəssübləri qızışdırmağı, müsəlmanların ürəklərini İİR-dan ayırmaq üçün ən yaxşı üsul bilirlər ki, bu xətərli fitnə qarşısında tamamilə sayıq olmaq lazımdır.
O Həzrət habelə əcnəbilərin bəzi ərəb dövlətlərinin başçılarını İran xalqının nüvə hüququ və digər istəkləri ilə mübarizəyə məcbur etmək üzrə səylərinə işarə edərək söyləyiblər ki, İran xalqı ilə digər müsəlman xalqların sayıq olacaqları halda imperializm islami ümmətin zəiflədilməsi üzrə ədavətli hədəflərini reallaşdıra bilməyəcək.