İran xalqının düşmənləri bütün cəbhələrdə məğlubiyyətə uğrayıblar və Allahın köməyi ilə bundan sonra da məğlubiyyətdən başqa bir şey əldə edə bilməyəcəklər
İİR servisi/Aran Agentliyi
İİR prezidenti İranı məntəqənin ən böyük qüdrəti adlandıraraq, heç bir qüdrətin İran xalqını hədələmək iqtidarına malik olmadığına təkid edib. Mahmud Əhmədinejad dünən İranın Xuzistan ostanında din alimləri və dini hövzələrdə təhsil alan tələbələr qarşısında dünyanın zorakı qüdrətlərinin İran xalqına təzyiq göstərməyə çalışmalarına işarə edərək deyib: Bu gün dünya İranın böyük bir qüdrət olmasını qəbul edib və heç bir qüdrət İran xalqını qorxuda bilməz.
İran prezidenti çıxışının davamında deyib: İran xalqının düşmənləri bütün cəbhələrdə məğlubiyyətə uğrayıblar və Allahın köməyi ilə bundan sonra da məğlubiyyətdən başqa bir şey əldə edə bilməyəcəklər.
Əhmədinejad İran xalqının zorakı qüdrətlərin təzyiqləri qarşısındakı qələbəsini İİR quruluşunun vilayət və imamət məsələlərinə əhəmiyyət verməsinin nəticəsi adlandırıb və deyib: İran xalqı İnqilab Rəhbərinin rəhbərliyi ilə dünyanın zorakı qüdrətlərin qarşısında tam qətiyyətlə dayanıb və bu müqavimət ABŞ başda olmaqla dünyanın zorakı qüdrətlərinin bütün hesablamalarını alt-üst edib.
İran prezidenti zorakı qüdrətlərin İranı nüvə texnologiyasından məhrum etmək istiqamətindəki səylərinə işarə edərək deyib: İran ilə müzakirə aparmaq istəyən hər bir kəs bilməlidir ki, İran xalqı öz prinsiplərinə sadiqdir və bir addım da olsun öz mövqeyindən geri çəkilməyəcək.