Tarix : 2008 Dec 18
Kod 9291

AZƏRBAYCAN NEFT HASİLATININ 1/3-ni AZALDIR

Natiq Əliyev hasilatın 300 min barel aşağı salınacağını bildirib
Azərbaycan servisi/Aran Agentliyi

Azərbaycan ən iri neft ixracatçısı olan ölkələrin qərarını dəstəkləyərək ölkədəki neft hasilatını 300 min barel azaldacaq. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, sənaye və energetika naziri Natiq Əliyev OPEK-in hasilatı azaltmaq qərarı qəbul etdiyi təqdirdə Azərbaycanın da eyni addımı atacağını vurğulayıb.

N.Əliyev bildirib ki, Azərbaycan hazırda sutkada 840 min barel neft çıxarır. Bu zaman hasilatı sutkada 1 milyon barelə çatdırılma imkanı var. Lakin neftin qiymətinin düşdüyü bir dövrdə belə bir addımın atılması dünya bazarında təklifin tələbatı daha da üstələməsinə gətirib çıxara bilər.

Xatırladaq ki, OPEK-in bu gün keçirəcəyi iclasında neft hasilatının xeyli azaldılması ilə bağlı qərar qəbul olunmalıdır. Ekspertlər hasilatın 2 milyon barelə qədər azaldılacağını düşünürlər. Bu addım neftin dünya bazarında qiymətinin qalxmasına gətirib çıxarmalıdır. OPEK həm də təşkilata daxil olmayan ölkələri gündəlik hasilatı 500-600 min barel azaltmağa çağırıb.

  • Yazılıb
  • da (də) 2008 Dec 18