Tarix : 2008 Dec 19
Kod 9302

HƏRBİDƏ XAOS DAVAM EDİR

Azərbaycanın Gəncə şəhərində hərbçi intihar edib
Azərbaycan servisi/Aran Agentliyi

Azərbaycanın qərbində (paytaxt Bakıdan 360 km məsafədə) yerləşən Gəncə şəhərində hərbçi intihar edib. Gəncə şəhər prokurorluğundan cümə günü Trend News-a verilən məlumata görə, Gəncənin Sevinc qəsəbəsində yaşayan N saylı hərbi hissənin çasvuşu 30 yaşlı Maqsud Məmmədov cümə axşamı saat 20.30 radələrində yaşadığı evin həyətində özünü asıb.

Faktla bağlı Gəncə şəhər prokuroluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi açılıb. Hərbçinin intiharının səbəbi hələlik məlum deyil.

  • Yazılıb
  • da (də) 2008 Dec 19