Ötən ay Türkiyəyə təhvil verilmiş Sionist rejim istehsalı olan iki ədəd "Heron" pilotsuz təyyarəsinin biri süqut edib
Türkiyə servisi/Aran Agentliyi
Ötən ay Türkiyəyə təhvil verilmiş Sionist rejim istehsalı olan iki ədəd "Heron" pilotsuz təyyarəsinin biri süqut edib. Türkiyənin Akşam qəzetinin internet saytı bu gün bildirib ki, 2004-cü ildə Sionist rejim ilə Türkiyə arasında bağlanmış hərbi müqaviləyə PKK əleyhinə istifadə istiqamətində 10 ədəd Heron casusluq təyyarəsinin satışına şamil olur.
Bəzi Türkiyə medialarının etiraflarına görə, PKK ilə əlaqəyə malik olan Sionist rejim bu təyyarələrin təqdimatını təqribən 4 il yubadıb.
Qeyd olunan iki təyyarə Ankaranın nəzərdə tutduğu texniki xüsusiyyətlərə malik deyil. Son 3 ildə də Sionist rejim tərəfindən bərpa olunmuş Türkiyənin bir neçə qırıcı təyyarəsi süqut edib.