Tarix : 2008 Dec 19
Kod 9304

ABŞ AZƏRBAYCANI RUSİYA İLƏ ÜZ-ÜZƏ QOYMAQ İSTƏYİR

Mən vaxtilə demişdim ki, Rusiyaya bizim Çexiya və Polşada qurulacaq raketdən müdafiə sistemlərimiz üzərində nəzarət imkanı verilməlidir
Azərbaycan servisi/Aran Agentliyi

“Mən vaxtilə demişdim ki, Rusiyaya bizim Çexiya və Polşada qurulacaq raketdən müdafiə sistemlərimiz üzərində nəzarət imkanı verilməlidir. Bundan başqa, ABŞ öz raketdən müdafiə sistemləri üçün Azərbaycanda yer axtarmaq barədə düşünə bilər”.

APA-nın məlumatına görə, bunu tanınmış ABŞ senatoru Riçard Luqar “Exo Moskvı” radiosuna müsahibəsində deyib. O bildirib ki, raket və radarların konkret hansı meydançalarda yerləşdiriləcəyi barədə düşünmək lazımdır: “Moskvanın reaksiyası çox da adekvat deyil, amma hesab edirəm ki, biz razılığa gələ bilərik”.

İranın malik olduğu raketlərdən narahatlıq duyduqlarını söyləyən R. Luqarın sözlərinə görə, Rusiya da bundan narahat olmalıdır: “Bizim ümumi maraqlarımız var. İranın raketləri və bu raketlər üçün nüvə başlıqları hazırlamaq niyyəti hamımız – bütün dünya üçün təhlükəlidir. Mən hesab edir ki, biz Rusiya ilə birlikdə İrana təsir göstərə bilərik”.

  • Yazılıb
  • da (də) 2008 Dec 19